PDF Oxu

Dünya

  • 1 017

Türkiyə və İraq arasında su infrastrukturu sahəsində əməkdaşlıq edilir

image

İraqda su infrastrukturu sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Türkiyə və İraq arasında Birgə Ali Komitənin ilk iclası Bağdadda keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında edilən paylaşımda bildirilib ki, İraqda su infrastrukturu sahəsində əməkdaşlığın inkişafı üzrə Birgə Ali Komitənin ilk iclası bu ölkənin paytaxtı Bağdadda Xarici İşlər Nazirinin müavini Ayşe Berris Ekinci və İraq Baş Nazirlik müşavirləri Əbdül Kərim Faysalın həmsədrlik etdiyi nümayəndə heyətləri arasında keçirilib.