Avropa İttifaqı (Aİ) bəyan edib ki, Ukraynanın Rusiya ilə əldə edəcəyi istənilən sülhdə müstəqillik, suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik təminatları olmalıdır. SİA-nın məlumatına görə, paytaxt Parisdə Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Ukrayna ilə bağlı fövqəladə zirvə toplantısından sonra Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta sosial media hesablarında eyni mesajı paylaşıblar.
İki paylaşımda da zirvə görüşündə Ukraynanın sülh masasına güclü mövqedə oturmasının vacibliyi barədə razılıq əldə edildiyi, sülhün ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və güclü təhlükəsizlik təminatları ilə birlikdə gəlməsinin lazım olduğu vurğulanıb.
Paylaşımlarda Avropanın Ukraynaya hərbi yardım göstərmək üçün əlindən gələni etdiyi bildirilib, həmçinin müdafiə sərmayələri, istehsal və xərclərdə artım olmasının vacibliyi qeyd edilib.
Sammitin məqsədi Ukraynadakı vəziyyət və Avropada təhlükəsizlik məsələləri ilə bağlı Avropa liderləri arasında məsləhətləşmələrə başlamaqdır.
ABŞ prezidenti Donald Tramp administrasiyasının gündəmə gətirdiyi və Avropadan kənarda qalacağını açıqladığı Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı mövzuların qiymətləndirildiyi sammitə fon der Leyen və Kosta ilə yanaşı, Almaniya, İngiltərə, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri, NATO-nun Baş katibi Mark Rute də qatılıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...