NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ və digər NATO müttəfiqləri Ukraynada davamlı sülhün bərqərar olması üçün birlikdə çalışacaqlar. SİA-nın məlumatına görə, Mark Rutte NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb. Görüşlə bağlı rəsmi internet səhifəsində paylaşım edən Mark Rutte Keyt Kelloqun NATO müttəfiqləri ilə Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün birlikdə işləmək barədə məsləhətləşdiyini qeyd edib.
"Bizim görəcəyimiz çox iş var. Müharibəyə son qoymaq və təhlükəsizliyi təmin etmək üçün sıx əməkdaşlıq edəcəyik", - deyə Mark Rutte vurğulayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...