Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Yaponiyada rəsmi görüşlər keçirməyə davam edir. Numan Kurtulmuş paytaxt Tokioda Yaponiya Nümayəndələr Palatasının sədri Fukişiro Nukaqa ilə bir araya gəlib. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Numan Kurtulmuş görüşdə Sultan Əbdülhəmid Xan və Yaponiya imperatoru Meiji dövründə başlayan Türk-Yapon dostluğunun bu gün də inkişaf etməyə davam etdiyini vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Türkiyə ilə Yaponiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin hər sahədə daha da inkişaf etməsini arzuladıqlarını bildirib.
Numan Kurtulmuş çoxqütblü dünya sisteminin yeni dövrdə qurulacağını və Asiyanın ən şərq hissəsindəki Yaponiya ilə Avropanın ən şərq hissəsindəki Türkiyənin yeni güc mərkəzləri olaraq ön plana çıxacağını bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...