PDF Oxu

Dünya

  • 950

Nəvə babadan1,3 milyon rubl oğurlamaqda şübhəli bilinir

image

Krasnodar sakini yaşlı qohumunu qarət etdikdən sonra cinayət işində müttəhim olub. SİA xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

79 yaşlı təqaüdçü hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və hesabından külli miqdarda pulun yoxa çıxdığını bildirib. Qurbanın 20 yaşlı nəvəsi oğurluqla məşğul olub.

Gənc təqaüdçünün bank kartını bukmeker kontorunun proqramındakı hesabına birləşdirib və mərclərə xərclədiyi 1,3 milyon rublla elektron pul kisəsini doldurub.

Hadisə ilə bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb, şübhəlini 10 ilədək həbs cəzası gözləyir.

Bundan əvvəl Moskvada 17 yaşlı oğlanın onlayn kazinoda aldığı pulu itirərək qohumunun qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyduğu bildirilirdi.

Gənc oğlan Volokolamsk şossesində nənəsi ilə eyni mənzildə yaşayırdı. Bir gün yaşlı qadın evdə olmayanda təqaüdçünün bütün zinət əşyalarını bel çantasına yığıb lombarda təhvil verib. Təqaüdçü nənə dəymiş ziyanı 10 milyon rubl qiymətləndirib.

Əli Babayev

Digər xəbərlər