Ukrayna xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidentinin ölkə üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb. Tərəflər sülhün əldə olunması yollarını müzakirə ediblər. SİA-nın məlumatına görə, bu barədə Sibiqanın X sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verilir.
"Kit Kelloqla görüşüb, hərtərəfli, ədalətli və davamlı sülhə nail olmağın yollarını müzakirə etdik", - deyə XİN rəhbəri bildirib.
Nazirin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşündə Ukraynanın güc yolu ilə sülhə nail olmağa hazır olduğunu təsdiq edib. O, həmçinin bu yolda hansı zəruri addımların atıla biləcəyini müzakirə edib.
"Mən bir daha bildirdim ki, Ukrayna və Trans-Atlantikanın təhlükəsizliyi bölünməzdir", - deyə Sibiqa əlavə edib.
Qeyd edək ki, fevralın 19-da ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə rəsmi səfər edib. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...