Sülh sazişinin şərtlərinə görə Ukraynanın NATO-ya üzvlüyü məsələsi istisnadır, lakin gələcəkdə bu məsələyə baxıla bilər. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Mark Rutte deyib.
...Amma, düzünü desəm, indi biz və ABŞ deyir ki, biz bunu sülh prosesinə daxil etmək istəmirik, Ukraynaya bunun sülh sazişinin bir hissəsi olacağına söz verilməyib. Beləliklə, biz bu sülh danışıqlarının necə bitdiyini görməliyik. Ancaq biz razılaşdıq ki, Ukrayna gələcəkdə NATO-ya üzv olacaq, - deyə hərbi blokun baş katibi qeyd edib.
Rutte həmçinin əlavə edib ki, ABŞ Ukraynada Qərb qoşunlarının yerləşdirilməsi ideyasında iştirak etməyəcək. Bununla belə, o, Avropa ölkələrinin bunda iştirak edə biləcəyinə işarə edib.
Əli Babayev