Ötən il vandalların rusların avtomobillərinə ziyan vurması hallarının sayı artıb. Üstəlik, ən çox zədələnən avtomobillər Çin markalı avtomobillər olub. SİA-nın məlumatına görə, bu barədə "İzvestiya" qəzeti VSK Sığorta Evinin analitiklərinin araşdırmasına istinadən yazır.
KASKO çərçivəsində bu cür hadisələrin sayı illik müqayisədə 19,4 faiz artıb.
Ən tez-tez vandallar Çin markalarının avtomobillərinə ziyan vurur: Haval (14 faiz), Chery (9,2 faiz) və Geely (8,8 faiz). Onları Kia (7,6 faiz), VAZ (7,4 faiz) və Hyundai (6,8 faiz) izləyir.
Modellər üzrə nümunə götürsək, vandallardan ən çox zərər görənlər Chery Tiggo (8,5 faiz), Lada Granta (3 faiz) və Hyundai Creta (2,4 faiz) olub.
Daha əvvəl Rusiya Avtomobil Sığortaçılar İttifaqının (RSA) Aktivlərin Mühafizəsi üzrə direktoru Sergey Yefremov bildirmişdi ki, sığortalanmış avtomobillər arasında birinci yeri Çin istehsalı, ikinci yeri Koreya avtomobilləri, üçüncü yeri isə yerli istehsal olan avtomobillər tutur.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...