Kanada Baş naziri Castin Trüdo Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında ölkəsinin Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləyib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Kanada Baş nazirliyindən yayılan rəsmi məlumata görə, Trüdo və Zelenski telefon danışığı zamanı "güclü, demokratik və firavan Ukrayna" üçün davamlı sülhə nail olmağın yollarını müzakirə ediblər. Hər iki lider münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, Ukraynanın danışıqlar masasında yer almasının əhəmiyyətini qeyd ediblər.
Trüdo çıxışı zamanı Kanadanın Ukraynanı hər zaman müdafiə edəcəyini bildirib və ölkəsinin Ukraynaya humanitar, hərbi və maliyyə dəstəyini davam etdirəcəyini vurğulayıb.
"Ukraynanın təhlükəsizliyi təmin olunmadıqca Avropada davamlı sülh mümkün deyil" - deyə Kanada Baş naziri qeyd edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...