ABŞ-ın Yuta ştatının Respublikaçılar Partiyasından olan amerikalı senator Con Körtis Ukrayna Prezidenti Volodimir Zelenski ilə münaqişədə ölkə Prezident Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vensi dəstəkləməkdən imtina edən azsaylı respublikaçılardan biri olub. SİA xəbər verir ki, senator dünən Ağ Evdə siyasətçilər arasında baş verən söz atışmasından sonra Ukraynanı dəstəklədiyini bildirib.
"Görünür, bu gün Oval kabinetdə diplomatiya və dövlətçilik sınaqdan keçirilib. Ukrayna azad bazarlar, azad söz və azad insanlar yolunda – Qərb dəyərləri uğrunda mübarizədə müttəfiqdir. Ümid edirəm ki, ölkələrimiz danışıqlar masasına qayıdıb ədalətli və davamlı sülh perspektivlərini irəliləddə biləcəklər", - Körtis "X" sosial şəbəkəsində yazıb.
Ondan başqa, digər amerikalı siyasətçi, ABŞ Nümayəndələr Palatasının üzvü Brayan Fitspatrik də Ukraynaya dəstək ifadə edib. O, ABŞ və Ukrayna nümayəndələrinin Ağ Evdəki görüşünü "ürək parçalayan" adlandırıb.
"Güclü, suveren Ukrayna davam edən təcavüz qarşısında qlobal sabitlik üçün çox vacibdir. Davamlı sülhə yalnız sarsılmaz güclə nail olmaq olar", - deyə Fitspatrik bildirib.
Xatırladaq ki, fevralın 28-də axşam saatlarında Ağ Evin Oval kabinetində ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş baş tutub və görüş iki dövlət başçısı arasında sözlü mübahisə ilə nəticələnib. Görüş zamanı faydalı qazıntıların birgə çıxarılmasına dair sazişin imzalanacağı gözlənilsə də, Tramp administrasiyası bunu Ukraynaya verilən hərbi yardıma görə kompensasiya adlandırıb.
Siyasətçilər Rusiya ilə danışıqların necə aparılacağı ilə bağlı mübahisə ediblər. Tramp və Vens Ukrayna Prezidentini Amerika tərəfinə hörmətsizlikdə ittiham ediblər. Nəticədə Zelenski heç bir müqavilə imzalamadan və mətbuat konfransı keçirmədən Ağ Evi erkən tərk edib.
Donald Tramp yalnız pul kisəsinə, pula cavab verir
Türkiyədə terrorçulara çağırış edilib