Böyük Britaniyanın baş naziri Keir Starmerin Ukraynanın təhlükəsizliyini təmin etmək planı Avropanı ABŞ-dan daha çox asılı vəziyyətə salacaq. SİA-nın məlumatına görə, bunu köşə yazarı Anatole Lieven Responsible Statecraft üçün məqaləsində yazır.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri bildirmişdi ki, Avropa ölkələrinin hərbi kontingenti Ukraynaya daxil olarsa, yenə də ABŞ-dan dəstək tələb edəcək.
...Avropanın təhlükəsizlik sahəsində aktivləşməsi və müstəqilliyi ilə bağlı bütün söhbətlərdən sonra Köhnə Dünya Amerikadan daha da asılı olacaq: Avropa qoşunları problemə düşsə, yeganə xilas yolu ABŞ-da (bu, əvvəllər də baş vermişdi) axtarılacaq,- deyə ekspert qeyd edib.
Onun fikrincə, Ukraynada Qərb kontingenti ilə bağlı müddəanın irəli sürülməsi cəhdləri əvvəldən uğursuzluğa məhkumdur.
Bundan əlavə, onlar xüsusi olaraq sülh danışıqlarını pozmağa yönəlib, çünki Rusiya Ukrayna ərazisinə başqa ölkələrdən qoşunların daxil olmasına icazə verməyəcək.
Ötən həftənin sonunda Londonda Ukrayna ilə bağlı Avropa ölkələrinin sammitinin keçirildiyi daha əvvəl bildirilmişdi. İştirakçılar regiondakı vəziyyəti və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...