Mundra limanından (Hindistan) Astanaya keramik plitələrlə dolu 12 iyirmi futluq konteynerin daşınması təşkil olunub. SİA xəbər verir ki, qatar İran, Türkmənistan, Özbəkistan və Qazaxıstan ərazilərindən keçəcək.
Marşrutun uzunluğu dənizlə 1585 kilometr, dəmir yolu ilə isə 4300 kilometr təşkil edir. Çatdırılma müddəti Bəndər Abbas (İran) limanının iş yükündən asılı olaraq təxminən 25-30 gün çəkəcək.
Daşınma "Şimal-Cənub" dəhlizinin şərq marşrutu üzrə konteyner xidmətlərinin inkişafı çərçivəsində həyata keçirilir. Bu dəhliz çatdırılma müddətlərini, malların daşınması xərclərini əhəmiyyətli dərəcədə azaltmağa və ölkələrin ixracatçı və idxalçılarının imkanlarını genişləndirməyə imkan verir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...