Rusiya və ordusu döyüş meydanında Ukrayna Silahlı Qüvvələrini "sözün əsl mənasında məhv edir" və bu səbəbdən ABŞ yeni sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir. SİA-nın məlumatına görə, bu barədə Amerika lideri Donald Tramp Truth Social sosial şəbəkəsindəki hesabında yazıb.
…Rusiyanın hazırda Ukraynanı döyüş meydanında sözün əsl mənasında "məhv etdiyini" nəzərə alaraq, atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqi imkanlarını ciddi şəkildə nəzərdən keçirirəm, - dövlət başçısı qeyd edib.
Rusiya Ordusunun uğurları ilə bağlı Tramp yeni tariflər, eləcə də bank sektoruna qarşı məhdudiyyətlər tətbiq etməklə hədələyib.
Yanvarın 20-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynadakı münaqişənin həllində əsas məsələ onun köklü səbəbləri problemidir. Eyni zamanda, Rusiya lideri atəşkəsin qısamüddətli hərbi əməliyyatlara son qoymaqdan daha çox tam sülhün bərqərar olmasına imkan verəcəyini vurğulayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...