Media Ukraynadan görüşə kimi göndərməyi planlaşdırdıqlarını öyrənib...
..."Ukrainska pravda" Ukrayna prezidenti Vladimir Zelenskinin komandasına yaxın mənbələrə istinadən xəbər verir ki, Ukrayna Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə görüşə dörd rəsmi göndərməyi planlaşdırır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu görüşdə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiha, baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Svırıdenko və OPİ rəhbərinin müavini Pavlo Palisa iştirak edəcəklər.
Xatırladaq ki, martın 6-da məlum olub ki, Ukrayna ilə ABŞ arasında danışıqlar martın 11-də Səudiyyə Ərəbistanında baş tutacaq.
Bildirilib ki, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Stiv Vitkoff və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals daxildir.
Vitkoff bildirib ki, görüş zamanı tərəflər sülh sazişi və ilkin atəşkəs çərçivəsində razılığa gəlməyə çalışacaqlar.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi danışıqların "gələn həftə" Ciddədə baş tutacağını bildirib.
Departamentdən dəqiq tarix açıqlamayıblar.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...