Rusiyanın "Azimut" aviaşirkətinin pilotları səmada naməlum uçan obyekt (UFO) görüblər. SİA-nın məlumatına görə, bu barədə Aviaincident Telegram kanalı yazır.
Martın 7-də Penzadan Mineralnıye Vodıya gedən sərnişin laynerində gözlənilməz vəziyyət yaranıb.
Uçuş zamanı ekipaj gümüş rəngli top müşahidə etdiyini bildirib. Lakin uçuşların təhlükəsizliyinə heç bir xələl gəlməyib.
Hadisə ilə bağlı hava hücumundan müdafiə orqanları məlumatlandırılıb.
Nəticədə təyyarə təhlükəsiz şəkildə təyinat hava limanına enib.
...Bir müddət əvvəl göyərtəsində rusların olduğu Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarədə yerə təhlükəli yaxınlaşma barədə siqnal daxil olub.
Hadisə çərşənbə günü, martın 5-də Bakıdan Moskvaya uçan Airbus A319 təyyarəsində baş verib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...