PDF Oxu

Dünya

  • 2 910

"Türkiyə təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarımızdan biridir"

image

Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə gözlənilən səfəri zamanı Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski türk rəsmiləri və biznes nümayəndələri ilə görüşündə bildirib: "Ankarada Prezident Ərdoğanla əldə etdiyimiz razılaşmaların nəticəsi olaraq Türkiyə hökuməti və iş adamları ilə maraqlı görüş baş tutdu. Türkiyə biznesinin artıq Ukraynada təmsil olunması vacibdir. Dövlətimiz bunu, həmçinin yardım və dəstəyi, xüsusən də "Bayraktar"ların tədarükünü yüksək qiymətləndirir".

Prezidentin sözlərinə görə, bu gün keçirilən görüşdə ədalətli və davamlı sülhün bərqərar olması üçün səylər, ikitərəfli münasibətlərin inkişafı, müxtəlif növ pilotsuz təyyarələrin istehsalı sahəsində əməkdaşlıq imkanları və Türkiyə şirkətlərinin Ukraynanın bərpasında iştirakı müzakirə edilib.

"Dövlətimiz Türkiyəni həm strateji biri, həm də təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarımızdan biri hesab edir. Ukrayna Prezident Ərdoğanın qarşıdan gələn səfəri zamanı Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır",- deyə Zelenski bildirib.

Digər xəbərlər

“The Wall Street Journal”: Pekin özünü üstələyib...

ABŞ, Avstraliya və digər ölkələr Pekindən asılılıqlarını azaltmağa çalışırlar...

“FT”: Ağ Ev Vittkoffun Ukrayna danışıqlarında iştirakını azalda bilər

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri daha aktiv rol oynamağı planlaşdırır...

Kiyev Rusiya bombardmanları ilə necə mübarizə aparır...

İnsanlar şikayət edir, söyür və zarafat edirlər, amma işləməyə, oxumağa və bir-birlərinə kömək etməyə davam edirlər...

Vittkoff-Kuşner missiyası niyə uğursuz oldu..?

Vaşinqton Ukraynadakı vəziyyəti səhv qiymətləndirməyə davam edir...

Qırğızıstan ruslar üçün giriş qaydalarını sərtləşdirir...

Bişkek Rusiyada səfərbərlik şayiələrinə reaksiya verir...

“Qələbə yaxındır”..?

Kreml ruslara xüsusi hərbi əməliyyatın tez bir zamanda sona çatması üçün ümid verdi

Kremlın etirafı...

Rusiya müəssisələri xarici idarəetməyə veriləcək...

Almaniyanın “AfD” partiyası Putin Rusiyasını niyə “dost” hesab edir?

Rusiyayönümlü baxışların populyarlığı bir neçə amillə əlaqələndirilir...