Dünən Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq. SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, bu dəhşətli, qanlı müharibənin (Rusiya-Ukrayna – red.) nəhayət sona çatması üçün şans çox yüksəkdir.
Lakin o, eyni zamanda, minlərlə Ukrayna əsgərinin Rusiya ordusu ilə əhatəyə alındığını, çox pis və həssas vəziyyətdə olduqlarını bildirib. "Mən Prezident Putindən onların həyatlarının qorunmasını qətiyyətli şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya müharibəsindən bəri ən dəhşətli qırğın ola bilər", - deyə Tramp bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...