PDF Oxu

Dünya

  • 1 152

BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib

image

Britaniya məhkəməsi Birləşmiş Millətlər Təşkilatının hakimi Lidiya Muqambeni qadını aldadaraq köləliyə çevirməkdə təqsirli bilib. SİA-nın məlumatına görə, bu barədə ABC News yazır. Prokuror Caroline Howie məhkəmə prosesində andlı iclasçılara bildirib ki, Muqambe onun hüquqlarını bilməməsindən istifadə edərək "zərərçəkmişi istismar edib və onu təhqir edib".

49 yaşlı təqsirləndirilən şəxs hər şeyi təkzib edib.

Bununla belə, Oksford Crown Məhkəməsindəki münsiflər heyəti onu immiqrasiya cinayətləri, məcburi əmək və şahidi qorxutmaq üçün sui-qəsd də daxil olmaqla bütün maddələr üzrə təqsirli bilib.

Muqambe günahkar bilinəndən sonra xəstələnib.

Hakim hökmü mayın 2-də çıxaracaq.

Qeyd edilməlidir ki, Muqambe işi üzrə dinləmələr fevralda başlayıb. İttiham tərəfinin dediyinə görə, Muqambe Uqanda Ali Komissarının müavini Leonard Muqerva ilə sövdələşib. O, Uqandalı köməkçisinin Böyük Britaniyaya getməsini təmin etmək müqabilində məhkəmədə Muqervanın yanında olacağını vəd edb.

Muqambe onu qul etmək fikrində idi. Qız gələn kimi hakim sənədlərini götürüb və ona normal iş axtarmağa imkan verməyib. Hakim Oksfordda oxuyarkən qız evini yığışdırıb, uşaqlara baxıb.

Uqandalı qadın tezliklə kömək üçün polisə müraciət edib. Bundan xəbər tutan Muqambe ona pastoru və qohumları vasitəsilə ittihamları geri götürməsi üçün təzyiq göstərməyə başlayıb.

Nazlı Almuradova

Digər xəbərlər