Erməni diasporu Ermənistan xalqının maraqlarını nəzərə almır və Ankara ilə İrəvan arasında gedən danışıqları pozmaq üçün əlindən gələni edir. Diaspor üçün Ermənistan vətəndaşlarının Türkiyə vasitəsilə Qərblə kommunikasiya marşrutlarının açılmasına olan həyati ehtiyacları aktual deyil, bu da bölgədə uzunmüddətli sabitliyin və inkişafın təmin edilməsi üzrə səylərə mənfi təsir göstərir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Ankaranın Avrasiya Araşdırmaları Mərkəzinin təhlilçiləri Tuğce Tecimer və Selenay Erva Yalçin səsləndirərək, erməni diasporu daxilində anti-Türkiyə isteriyasına diqqət çəkiblər.
Ekspertlər Los-Ancelesdə "LA Kings" idman klubu tərəfindən ənənəvi təşkil edilən "Erməni irsi gecəsi"ndə yaşanan qalmaqalı nümunə çəkiblər. "ABŞ-da fevral 22-də keçirilmiş bu cür gecələrin birində Ermənistan bayrağının rənglərində və idman klubunun emblemi olan şərflər satışa çıxarılmışdı. Lakin bu şərflərin Türkiyədə istehsal edildiyi məlum olduqda, təşkilatçıların ünvanına sərt tənqidlər səsləndirilib. Nəticədə, "LA Kings" nümayəndələri rəsmi şəkildə üzr istəməyə və şərflər üçün ödənilən məbləği geri qaytaracaqlarını elan etməyə məcbur olublar", – deyə AVİM ekspertləri bildiriblər.
Tuğce Tecimer və Selenay Erva Yalçin qeyd ediblər ki, Los-Ancelesdə baş verən hadisə bir daha Türkiyəyə qarşı olan nifrət səviyyəsini və rəsmi İrəvanla diaspor arasında olan dərin fikir ayrılıqlarını nümayiş etdirdi.
"Diaspor üçün Ermənistan sakinləri və hakimiyyətinin maraqları önəm daşımır, ona görə də Ankara və İrəvan arasında əlaqələrin inkişafına, o cümlədən sərhədin açılması və ticarətin genişləndirilməsinə mane olmaq üçün hər şey edilir", – deyə ekspertlər vurğulayaraq, erməni diasporunu Cənubi Qafqazda "etimad və sabitlik atmosferinə zərər vuran amil" adlandırıblar.
ABŞ, Avstraliya və digər ölkələr Pekindən asılılıqlarını azaltmağa çalışırlar...
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri daha aktiv rol oynamağı planlaşdırır...
Qaz, Sobyanin, yanlara qaz...
İnsanlar şikayət edir, söyür və zarafat edirlər, amma işləməyə, oxumağa və bir-birlərinə kömək etməyə davam edirlər...
Vaşinqton Ukraynadakı vəziyyəti səhv qiymətləndirməyə davam edir...
Bişkek Rusiyada səfərbərlik şayiələrinə reaksiya verir...
Kreml ruslara xüsusi hərbi əməliyyatın tez bir zamanda sona çatması üçün ümid verdi
Rusiya müəssisələri xarici idarəetməyə veriləcək...