Braziliya Milli Futbol Komandası baş məşqçi Dorival Juniorla yollarını ayırdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Braziliya Futbol Federasiyası 2024-cü ilin yanvarından komandanın başında olan Juniorla yollarını ayırdıqları bildirilib.
62 yaşlı məşqçi 2026-cı il FIFA Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsi çərçivəsində Argentinaya 4:1 hesablı məğlubiyyətdən sonra ağır tənqidlərə məruz qalıb. Braziliya lider Argentinadan 10 xal geri qalaraq 21 xalla 4-cü yerdədir. Junior ölkəsində "Atletiko Mineyro", "Atletiko Paranaense", "Santos", "Kruzeyro", "Koritiba", "İnternasional", "Vasko da Qama", "Fluminense" və "Palmeyras" kimi komandalarda çalışıb və son olaraq ötən il "Sao Paulo"nu çalışdırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...