Ukraynanın müdafiə naziri Rustem Umerov və Niderlandın müdafiə naziri Ruben Brekelmans martın 31-də Kiyevdə keçirilən görüş zamanı müdafiə satınalmaları sahəsində əməkdaşlığın effektivliyini artırmaq barədə razılığa gəliblər. SİA "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, R.Umerov Niderlandın əlavə 5 milyard avro ayırdığını, bunun da mühüm hissəsinin artıq 2025-ci ildə təhlükəsizlik sahəsində Ukraynanın dəstəklənməsinə yönəldiləcəyini bildirib.
"Danışıqların əsas mövzuları arasında havada və dənizda təhlükəsizliyin gücləndirilməsi də var. Niderlandın verdiyi "F-16"lar artıq Ukraynanın səmasını qoruyur, biz isə Hava Qüvvələrinin imkanlarını genişləndirməyə davam edirik. Müdafiə sənayesi sektorunda əməkdaşlığa ayrıca diqqət yetirdik. Niderland "Drone Line" layihəsini dəstəkləyir və Ukrayna istehsalına sərmayə qoyur. Niderland şirkətlərini hərbi-sənaye kompleksində birgə layihələr həyata keçirməyə dəvət edirik. Eyni zamanda Ukrayna Niderlanddakı tərəfdaşlıq təşəbbüslərinə sərmayə qoymağa hazırdır", - R.Umerov feysbuk səhifəsində yazıb.
Bundan əlavə, tərəflər Ukrayna Müdafiə Qüvvələrinin rəqəmsallaşdırılmasını müzakirə ediblər.
Görüşün yekununda müdafiə satınalmaları sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması üzrə niyyət məktubu imzalanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...