Çin hakimiyyəti ABŞ-ın tarifləri ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün növbəti dəfə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. SİA-nın məlumatına görə, TASS bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Çinin əvvəlki şikayəti ABŞ-ın Çin mallarına tarifləri əvvəlcə 20 faizə, sonra isə 54 faizə qaldırması ilə bağlı idi.
Son müraciət gömrük tariflərinin məhsulların bazar dəyərinin 104 faizinə qədər sərtləşdirilməsi ilə bağlı olub.
Asiya ölkəsinin departamenti izah edib ki, "Çin ÜTT-nin mübahisələrin həlli mexanizmi çərçivəsində ABŞ-a qarşı son tarif artımı ilə bağlı iddia qaldırıb".
Çin nazirliyinin nümayəndələri ABŞ hakimiyyətinin idxal rüsumlarını hədsiz həddə çatdırmasını ciddi səhv adlandırıblar. Çin Ticarət Nazirliyi əlavə edib ki, bu, Pekinin birtərəfli güzəştlərə getməsinə səbəb olmayacaq.
…Çin öz qanuni hüquq və maraqlarını Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq qətiyyətlə qoruyacaq, - deyə Çin departamenti yekunlaşdırıb.
Əli Babayev
Bərələr Odessa limanından, Çernomorskdan Batumiyə yola düşüb.