Gürcüstanın cənubundakı Samtsxe-Cavaxeti bölgəsində Rusiya vətəndaşı Kür çayında boğulub.
SİA-nın məlumatına görə, bu barədə "Mtavari Arkhi" telekanalı bildirib.
...Hadisə Vardzia qədim monastır kompleksi yaxınlığında baş verib.
TASS telekanalı xəbər verir.
Rusiyalı turist Kür çayı ilə qayıqla gəzintiyə çıxıb. Bir anda həmin şəxs gözdən itib, bundan sonra aprelin 29-da axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Axtarışlarda Gürcüstan Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları iştirak ediblər.
Boğulan rusiyalının cəsədi aprelin 30-da yoxa çıxdığı yerdən bir qədər aralıda çay yatağında aşkar edilib.
Vardzia monastır kompleksi xüsusilə yaz və yay aylarında turistlər arasında populyar bir yerdir. Mütəxəssislər xatırladırlar ki, bu bölgədə Kür çayının çətin hissələri və güclü axınları var.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...