İndoneziya Levotobi Laki-laki vulkanı ilə bağlı xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıb. SİA xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya Agentliyi məlumat yayıb. Bildirilib ki, İndoneziyanın şərqindəki Flores adasında yerləşən vulkan mayın 18-də səkkiz dəfə 3-5,5 kilometr hündürlüklərə kül püskürüb. Mayın 19-da səhər saatlarında da püskürmə baş verib.Səlahiyyətlilər əhalini və turistləri vulkanın ən az 6 kilometr uzaqlığında qalmağa çağırıb. Bundan əlavə, güclü yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını ola biləcəyi barədə xəbərdarlıq edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...