PDF Oxu

Dünya

  • 7 406

Hörmüz boğazında gərginlik: İki neft tankeri geri döndü

image

ABŞ-ın İranın nüvə obyektlərinə hava hücumu təşkil etməsindən sonra Hörmüz boğazında təhlükəsizlik narahatlıqları artıb. SİA xəbər verir ki, gərginliyin təsirləri artıq ticarət gəmiçiliyinə də əks olunmağa başlayıb. Bloomberg agentliyinin gəmi izləmə məlumatlarına əsasən Cosvisdom Lake və South Loyalty adlı 2 neft tankeri bazar günü Hörmüz boğazına daxil olduqdan sonra qəfil istiqamətini dəyişərək geri dönüb. Hər iki boş tanker Bəsrə körfəzinin girişindən cənuba doğru hərəkət edib.Qeyd olunur ki, bu gəmilər təxminən 2 milyon barel xam neft daşıma qabiliyyətinə malikdir və onların geri dönməsi ABŞ-İran qarşıdurması fonunda tankerlərin marşrutlarını dəyişməyə başladığının ilk göstəricisi hesab olunur. Məsələyə münasibət bildirən Yunanıstanın Dənizçilik Nazirliyi boğazdan keçməyə hazırlaşan gəmilərə marşrutlarını yenidən nəzərdən keçirməyi və təhlükəsiz limanlarda gözləməyi tövsiyə edib. Ekspertlər hesab edirlər ki, bölgədəki gərginlik uzanacağı təqdirdə bu hal enerji bazarlarına və qlobal neft tədarükünə ciddi təsir göstərə bilər.

Digər xəbərlər

Yapon tankerləri Fars körfəzində ilişib qalıb...

Gəmiçilik assosiasiyasının icraçı direktoru açıq şəkildə bildirib ki, nəticələr "nəhəng" olacaq...

İran süqut etsə, Rusiya mühüm müttəfiqini itirəcək..?

Dudkaç: İranın ABŞ-la müharibədə məğlubiyyətinin qarşısını almaq Rusiyanın maraqlarına uyğundur, amma...yenə də neynən, ay Alış?

Bu söhbətdən sonra ABŞ prezidentinin heç bir şübhəsi qalmayıb..?

Netanyahunun Trampla İrana hücuma başlayan telefon danışığının təfərrüatları açıqlanıb...

“İran məsələsi Tramp üçün Ukraynadan daha vacib hala gəlib”..?

Politoloq Bloxin: ABŞ Ukraynanı da unutmayacaq, baxmayaraq ki, İran Tramp üçün daha vacibdir...