PDF Oxu

Dünya

  • 6 116

Almaniyanın “Rheinmetall” şirkəti F-35 təyyarələrinin gövdə hissələrini istehsal edəcək

image

Almaniyanın “Rheinmetall” müdafiə sənayesi konserni ABŞ-ın F-35 tipli döyüş təyyarələrinin əsas gövdə hissələrinin istehsalı üçün yeni zavod inşa edib. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, dünyanın ən müasir hərbi təyyarəsi hesab edilən F-35-lərin gövdə hissələrinin istehsalına yaxın günlərdə başlanacaq. Zavodun inşasına 200 milyon avro vəsait ayrılıb.Yeni müəssisədə hər il təxminən 30 ədəd orta gövdə hissənin istehsalı nəzərdə tutulur. Gələcəkdə əlavə iş növbələri hesabına bu sayın artırılması da mümkündür. İstehsal olunan hissələr ABŞ-ın “Northrop Grumman” şirkətinə göndəriləcək. İlk gövdə hissəsinin 2026-cı ilin payızında ABŞ-a göndərilməsi və orada digər komponentlərlə birlikdə yekun montajın aparılması planlaşdırılır. “Rheinmetall” konserni 17–20 il ərzində 400 ədəd gövdə hissəsinin istehsalını nəzərdə tutan çərçivə razılaşması imzalayıb.Almaniya Silahlı Qüvvələri – Bundesver 35 ədəd F-35 təyyarəsi sifariş edib. Bu təyyarələr ordunun istismarda olan “Tornado” tipli köhnə döyüş təyyarələrini əvəz edəcək.

Digər xəbərlər

Polşa tarixi bir sıçrayış etdi...

Ölkə post-kommunizmin dağıntılarından sonra dünyanın ən böyük 20 iqtisadiyyatından birinə çevrildi…

ABŞ-ın Rusiyanı neft pullarından məhrum etmək üçün hiyləgər planı...

Bessent qiymətlər sabitləşdikdən sonra Rusiya neftinə qarşı sanksiyaların geri qaytarılacağını elan etdi...

Dünya İranı izləyərkən, Ukrayna hücumdadır...

Ukrayna Silahlı Qüvvələri yeni taktikaları uğurla tətbiq edir...

Müttəfiqlər Trampı niyə rədd etdilər?

Avropa Birliyi səhvlərdən qaçmağa çalışır...

ABŞ-ın İrandakı strategiyasının uğursuzluğu...

Polkovnik Vilkerson nüvə müharibəsi riski barədə xəbərdarlıq edir...

“Max” Kremlə qarşı təxribat aktı həyata keçirdi..?

Deyim ki, bu, Rusiyanın dövlət mesajlaşma tətbiqidir..?

Afrikada Rusiya əleyhinə əhval-ruhiyyə artır..?

Ukraynaya qarşı müharibə üçün muzdluların cəlb edilməsi səbəbindən...

“Onların axmaq olduqları ortaya çıxdı...”

Rus generalı İvaşov Putini tənqid etdi... Rusiya “xüsusi hərbi əməliyyat”ın ilk günündə məğlub oldu...

Rusiyanın tankları tükənibmi?

OSINT (Açıq Mənbə Kəşfiyyatı) tədqiqatçısının məlumatları…

...Və Tramp “istəsə belə, müharibəni bitirə bilməyəcək”..?

Tramp İranın əsas adalarından birini ələ keçirməyi düşünür..? ABŞ Tehranı "iqtisadi cəhətdən məğlub edə" bilər...