PDF Oxu

Dünya

  • 4 902

Türkiyə İstanbul danışıqlarını uğurlu adlandırdı

image

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna və Rusiya arasında iyulun 23-də İstanbulda keçirilən danışıqların üçüncü raundunun konstruktiv olduğunu qeyd edib. "Səs" qəzeti xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, danışıqlar zamanı tərəflər hərbi əsirlərin və əsgər qalıqlarının mübadiləsi, mülki şəxslərin və uşaqların qarşılıqlı surətdə repatriasiyası üçün əlavə tədbirlərin görülməsi barədə qərar qəbul ediblər. Hər tərəfdən ən azı 1200 nəfər olmaqla daha bir hərbi əsir qrupunun mübadiləsi barədə razılıq əldə edildi.

Ukrayna və Rusiya nümayəndə heyətləri həmçinin atəşkəslə bağlı texniki müzakirələrin intensivləşdirilməsi və mövqelərinin yaxınlaşması üçün mümkün addımları müzakirə ediblər. Xüsusilə, siyasi, humanitar və hərbi məsələlər üzrə işçi qrupların yaradılması ideyasının öyrənilməsi qərara alınıb.

"Müzakirələr, ümumilikdə, konstruktiv və nəticəyönümlü trayektoriyanı əks etdirdi ki, bu da müsbət əlamətdir. Danışıqlar prosesi səbir tələb edir. Bu, tərəflərin həll yolu tapmaq üçün ümumi istəklərinə daha bir kərpic qoyur. Hər yeni nailiyyət tərəfləri sülhə yaxınlaşdırır", - Fidan bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, iyulun 23-də əldə edilən irəliləyiş Ukraynadakı müharibənin "həll edilməsi üçün ümumi iradənin möhkəmləndirilməsi istiqamətində daha bir addımdır".

Nazir vurğulayıb ki, Türkiyə bundan sonra da Rusiya və Ukrayna arasında sülhün əldə olunmasına yönəlmiş bütün səyləri fəal şəkildə dəstəkləmək niyyətindədir.

Xatırladaq ki, iyulun 23-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülh danışıqlarının üçüncü raundu keçirilib. Rusiya tərəfinə avqustun sonuna qədər Ukrayna və Rusiya Federasiyası liderlərinin Türkiyə və ABŞ prezidentlərinin də iştirak edəcəyi görüşünün keçirilməsi təklif olunub.

Ukrayna tərəfi də atəşkəsi dayandırmağa, xüsusən də kritik və mülki infrastruktura zərbələrə hazır olduğunu bəyan edib.

VƏLİ

Digər xəbərlər

Ordudan imtina edən beş böyük ölkə...

Onlar öz təhlükəsizlik modellərini qurublar...

“Putin, bütün bunlara nə vaxt son qoyacaqsan?”

“Xüsusi hərbi əməliyyat” zonasında öldürülən rus əsgərinin anası Kremlə sərt müraciət etdi…

“Hər kəs Rusiya ilə döyüşmək istəyir...”

Ekspertlər “xüsusi hərbi əməliyyat”ın qələbə ilə başa çatacağına əmindirlər...

Rusiya Finlandiya və Estoniyanın “işğalına” hazırlaşır..?

FSB və Rusiya Milli Qvardiyası Leninqrad vilayətində döyüşlərə hazırlıqlara başlayıb...

“Putinin qorxduğu da məhz bu idi...”

ABŞ generalı Ukraynanın yeni ordu qurduğunu bəyan edir...

Foreign Affairs: Putin Rusiyanı imperiya mifinə saldı

Kreml təcavüzü "xüsusi bir şəkildə" haqlı çıxarmağa çalışır...

Foreign Policy: “Taliban”ı çətin günlər gözləyir...

Radikalların hakimiyyətinin sabitliyi yalnız müvəqqətidir...