Türkiyədə bir neçə həftədir davam edən meşə yanğınları bazar günü ölkənin dördüncü böyük şəhəri olan Bursanı təhdid edib və 3500-dən çox insanın evlərini tərk etməsinə səbəb olub. SİA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Türkiyənin şimal-qərbində, Bursanı əhatə edən meşəlik dağlarda gecə saatlarında baş verən yanğınlar güclü küləklərin təsiri ilə sürətlə yayılıb. Meşə naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında bildirib ki, Bursanın şimal-şərqində yerləşən kəndlərdən 3515 nəfər təhlükəsiz şəkildə təxliyə olunub. Bundan əvvəl Yakuplar (300 nəfər) və Çakmak (200 nəfər) kəndləri tam şəkildə təxliyə edilmişdi. Bu gün isə daha dörd yaşayış məntəqəsi – Çatalsöğüt, Çamoğlu, Ilıcaksu və Dutluca kəndlərinin də boşaldılmasına qərar verilib. Bursa meri Mustafa Bozbəy bildirib ki, bir yanğınsöndürən xidməti vəzifəsini yerinə yetirərkən ürək tutmasından dünyasını dəyişib. O əlavə edib ki, alov şəhərin ətrafında təxminən 3000 hektar ərazini əhatə edib. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...