ABŞ-ın Milli Kosmik Agetliyinin – NASA-nın təxminən 4000 nəfər əməkdaşı istefa ərizəsi yazıb. SİA xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb. Bildirilib ki, bu hadisə Prezident Donald Tramp administrasiyasının federal xərclərin azaldılması proqramı çərçivəsində baş verib. Digər mənbələrin məlumatına əsasən, 3870 nəfər və ya NASA əməkdaşlarının 20 faizindən çoxu işdən çıxmaq üçün ərizə yazıb. Agentlikdə ümumilikdə təxminən 18 min nəfər işləyir. İxtisar proqramında könüllü iştirakla bağlı ərizələrin təqdim olunması üçün son tarix ötən cümə günü başa çatıb.Tramp administrasiyası bildirib ki, oktyabrda başlayacaq yeni maliyyə ilində NASA-nın büdcəsi ötən illə müqayisədə 24 faiz azaldılacaq.Keçən həftənin bazar ertəsi günü agentliyin hazırkı və sabiq əməkdaşlarından ibarət təxminən 360 nəfər "Voyajyor Bəyannaməsi" adlı bir etiraz bəyanatı yayımlayıb. Bəyanatda xərclərin azaldılmasına qarşı narazılıq ifadə olunub.“Son altı ay ərzində baş verən sürətli və israfçı dəyişikliklər bizim missiyamıza zərbə vurdu və NASA əməkdaşları üçün fəlakətli nəticələrə səbəb oldu”, – deyə bəyanatda qeyd olunub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...