PDF Oxu

Dünya

  • 3 212

Sülh Sazişi imzalandı

image

Tailand və Kamboca sərhəddəki gərginliyi aradan qaldırmaq üçün 13 bəndlik saziş imzalayıb. Razılaşmalar Kuala Lumpurda danışıqlar zamanı əldə olunub. Müvafiq bəyanat cümə axşamı, avqustun 7-də Tailand hökuməti tərəfindən Platform X-də dərc olunub.

Hökumətlərarası komitənin iclası münaqişənin gərginliyinin azaldılmasına və sərhəd bölgəsində sülhün bərpasına yönəlmiş protokolların imzalanması ilə başa çatıb.

Tərəflər atəşkəs rejiminə əməl olunmasını nəzərdə tutan 13 bənddən ibarət saziş üzrə razılığa gəliblər.

“Hər iki ölkənin nümayəndələri sərhəddə gərginliyin aradan qaldırılmasına və sərhəd bölgəsində sülhün bərpasına yönəlmiş protokollar imzalayıblar”, - deyə məlumatda bildirilir.

İyulun 24-də şiddətlənən münaqişə artıq 30-dan çox insanın həyatına son qoyub və hər iki tərəfdən 150 mindən çox mülki vətəndaşı didərgin salıb. Bölgədə fövqəladə vəziyyət elan edilib. Hər iki ölkə özünümüdafiə üçün hərəkət etdiklərini təkid edir.

Mövcud mübahisələrin çoxu Fransa ilə Siam Krallığı arasındakı müqavilələrin şərhləri əsasında tərtib edilmiş xəritələrdən qaynaqlanır. Onlar 20-ci əsrin əvvəllərində tərtib edilmiş və o zamanlar Fransız Hind-Çininin bir hissəsi olan Tayland ilə Kamboca arasındakı sərhədi müəyyən etmişlər.

İyulun 26-da Tramp bildirib ki, sərhəddə silahlı qarşıdurma yaşayan Kamboca və Tayland artıq döyüşləri dayandırmağa hazırdır. Amerika lideri onun telefon diplomatiyasının işə yaradığına eyham vurub. Ağ Ev rəhbərinin zəngindən sonra tərəflər danışıqlara razılaşıblar.

V.VƏLİ

Digər xəbərlər

Ukrayna Xarici Kəşfiyyat Xidmətindən maraqlı məlumatlar...

Wildberries-ə edilən hücumlar Rusiyanın əsas banklarında böhrana səbəb olub

Bütün ukraynalılar üçün xoş xəbər

Fire Point: Ukrayna avqustun əvvəlində öz raketləri ilə Rusiya ballistik raketlərini vura biləcək...

Tokio Moskvanı günahlandırır və hərbi alyansa ehtiyac duyur

Yaponiya İkinci Dünya Müharibəsindən bəri ilk milli kəşfiyyat bürosunu açıb...

Kreml təkbaşına ölkəni böhrana sürükləyir

Rusiya müharibəni davam etdirmək üçün mülki iqtisadiyyatını qurban verir...

NSJ: Putini diz çökdürməyin vaxtıdır

Ukraynadakı müharibəyə nəhayət necə son qoymaq olar...

Rusiyada benzin yalnız Putinin göründüyü yerdə daha ucuzdur

Krasnoyarsk sakinləri gözlənilmədən "Putin möcüzəsi" ilə qarşılaşdılar...