Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələ zamanı uçan binanın dağıntıları altından iki nəfər çıxarılıb. Daha iki nəfərin axtarışları davam edir. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Sındırqı Bələdiyyə başçısı Serkan Sak verdiyi açıqlamada uçan bina ilə yanaşı digər məhəllələrdə də 10-dan çox tikilinin dağıldığını, kəndlərin təxminən 60-70 faizi ilə əlaqə qurulduğunu, bu bölgələrdə də dağılan bina və məscidlərin olduğunu, lakin indiyədək insan itkisinin qeydə alınmadığını deyib. Ölkənin səhiyyə naziri Kemal Memişoğlu isə verdiyi açıqlamada yeraltı təkanlardan təsirlənən dörd vətəndaşın xəstəxanaya yerləşdirildiyi, onların həyati təhlükəsinin olmadığını deyib.
Mətləb Salahov
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...