PDF Oxu

Dünya

  • 770

Gürcüstanda əcnəbilər üçün dövlət dili imtahanı keçirilir

image

Təhsil, elm və gənclər naziri Givi Mikanadze bildirib ki, imtahana qeydiyyat noyabrın 24-də başlayır və dekabrın 1-də başa çatır. 2025-ci ildə Gürcüstanda əcnəbilər üçün dövlət dili imtahanı keçiriləcək. Bu, təhsil sisteminin tarixində ilk belə imtahan olacaq. Təhsil, elm və gənclər naziri Givi Mikanadze qeyd edib ki, analoji imtahanlar bir çox ölkələrdə keçirilir və imtahanları başa vurduqdan sonra imtahan verənlərə rəsmi dil biliyi sertifikatı verilir. Bu xüsusilə əcnəbi tələbələr, dövlət qulluğunda işləmək hüququ olan əcnəbi vətəndaşlar, xaricdə yaşayan gürcülər və biznes sektorunda işləyənlər üçün vacibdir.

İmtahana qeydiyyat noyabrın 24-də başlayır və dekabrın 1-də başa çatır. Nazir əlavə edib ki, imtahan beynəlxalq standartlara tam uyğundur.

“İmtahan bundan sonra ildə bir neçə dəfə aparılacaq və dörd kompetensiya yoxlanılacaq: dinləmə, oxuma, yazma və danışma.

Bu mərhələdə müxtəlif çətinliyə malik iki test aparılacaq: birincisi gürcü dilini A1 və A2 səviyyələrini, ikincisi isə B1 və B2 səviyyələrini müəyyən edəcək. Səviyyələr arasında fərq toplanan xalların sayına görə müəyyən olunacaq”, - deyə Mikanadze bildirib.

Onun sözlərinə görə, C1 və C2 səviyyələri üzrə imtahanların 2030-cu ildən başlayaraq aparılması planlaşdırılır.

Xatırladaq ki, Gürcüstan Avropa İttifaqının tövsiyəsi ilə 2022-ci ildə yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Bürosunu 2026-cı il martın 2-dən ləğv etmək qərarına gəlib.

Bundan əvvəl Avropa Parlamenti Gürcüstanın hazırkı hökumətini tanımadığını bəyan edərək, faktiki olaraq Gürcüstanın Aİ-yə inteqrasiyasını dayandırıb.

Digər xəbərlər