Onun qadını maliyyə məsələlərində çox sərt və qənaətcil olub. Deməli, 66 yaşlı yapon kişi lotereyada 600 milyon yen udub və sonradan peşman olduğu qərarını həyat yoldaşından gizlədib.
SİA xəbər verir ki, South China Morning Post qəzetinin məlumatına görə, təqaüdçü dəbdəbəli həyat tərzi sürmək üçün pulu xəsis həyat yoldaşından gizli saxlayıb.
Qeyd etdiyimiz kimi, qadın maliyyə məsələlərində çox sərt və qənaətcil olub.
Xüsusilə, ərinə pivəyə pul xərcləməyi "tərgitdirib" və onu köhnə, ucuz maşın almağa məcbur edib.
Gözlənilməz lotereya uduşundan sonra yapon kişi həyat yoldaşına mükafatın cəmi beş milyon yen (2,5 milyon rubl) olduğunu və bu pulu evlərini təmir etmək üçün istifadə etmək niyyətində olduğunu deyib.
Bu vaxt təqaüdçü gizlicə dəbdəbəli həyat tərzi sürüb, bahalı əşyalar alıb və elit kurortlarda otaqlar sifariş edib.
Lakin tezliklə özünü günahkar və tənha hiss edib. Səyahətləri zamanı o, tez-tez uşaqlı evli cütlüklər görür və ailəsi haqqında xatirələr danışırdı.
Nəhayət, kişi qazandığı pulun təxminən 500 milyon yen (251 milyon rubl) hissəsini həyat yoldaşı və uşaqları üçün sığortaya yatırmaq qərarına gəlib.
Nazlı Almuradova
Yeni proqram ehtiyatda olan əsgərlərin hazırlanmasını və ordunun gücləndirilməsini hədəfləyir...
Sülhməramlı missiyanın bir hissəsi olaraq...
ABŞ sanksiyaları səbəbindən...
Finlandiya Prezidenti Zelenski və Rutte ilə danışdıqdan sonra açıqlama verdi...
Sanksiyalar Kremli nefti demək olar ki, heç nəyə verməyə məcbur edir....
Sənəddən bir neçə əsas müddəa çıxarıldı.
Pekin Berlin ilə dialoqunda resurslara diqqət yetirir…