Yeni proqram ehtiyatda olan əsgərlərin hazırlanmasını və ordunun gücləndirilməsini hədəfləyir...
..Fransa Prezidenti Emmanuel Makron cümə axşamı günü yeni könüllü hərbi xidmət sisteminin yaradılmasını elan edəcək. Ümumi hərbi xidmətin bərpasını nəzərdə tutmayan bu təşəbbüs ölkədəki demək olar ki, bütün siyasi qüvvələr tərəfindən geniş dəstək alıb.
SİA xəbər verir ki, bu barədə Politico yazır.
Yeni proqram Rusiyadan artan təhlükə fonunda ehtiyat qüvvələrinin hazırlanmasını və ordunun gücləndirilməsini hədəfləyir.
Qeyd edək ki, Fransa oxşar tədbirləri nəzərdən keçirən yeganə Avropa ölkəsi deyil: Almaniya 18 yaşlı kişilərin qeydiyyatdan keçməsini məcburi etməyi planlaşdırır və Polşa bütün yetkin kişilərin hərbi xidmətə qəbul edilməsi niyyətini açıqlayıb, baxmayaraq ki, hər iki ölkə hərbi xidməti birbaşa bərpa etməkdən çəkinir.
Plana əsasən, könüllülər ciddi hərbi təlim keçəcəklər. 1997-ci ildə Fransanın keçmiş prezidenti Jak Şirak tərəfindən ləğv edilən məcburi hərbi xidmətin bərpası gündəmdə deyil.
Cümə axşamı günü Makron Varsdakı 27-ci Dağ Piyada Briqadasına baş çəkəcək və orada layihəni təqdim edəcək. Yelisey Sarayının məlumatına görə, prezident ölkəni "artan təhdidlərə" hazırlamağın və millətin əhval-ruhiyyəsini gücləndirməyin vacibliyini vurğulayacaq.
Proqramın həyata keçirilməsi üçün qanunvericilik islahatı tələb olunacaq və yenilənmiş hərbi planlaşdırma qanunu 21 dekabr tarixinə qədər təqdim ediləcək.
Layihə həm Respublikaçı Sedrik Perrin, həm də Milli Mitinq lideri Cordan Bardella daxil olmaqla sağçılardan, həm də solçulardan dəstək alıb.
Bardella hərbi xidmətə çağırışın ləğvini "səhv" adlandırsa da, hazırda bütün gənc fransızları yetişdirmək üçün resursların kifayət etmədiyini etiraf edib.
Fransa 2035-ci ilə qədər ehtiyatda olanların sayını 2024-cü ildəki təxminən 44.000 nəfərdən 105.000 nəfərə çatdırmağı planlaşdırır.
Əli Babayev
Yeni proqram ehtiyatda olan əsgərlərin hazırlanmasını və ordunun gücləndirilməsini hədəfləyir...
Sülhməramlı missiyanın bir hissəsi olaraq...
ABŞ sanksiyaları səbəbindən...
Finlandiya Prezidenti Zelenski və Rutte ilə danışdıqdan sonra açıqlama verdi...
Sanksiyalar Kremli nefti demək olar ki, heç nəyə verməyə məcbur edir....
Sənəddən bir neçə əsas müddəa çıxarıldı.
Pekin Berlin ilə dialoqunda resurslara diqqət yetirir…