İnflyasiya, borc və vergilər Rusiyanı tənəzzülə sürükləyir...
...Rusiya iqtisadiyyatı artan təzyiqlə üzləşir: yüksək inflyasiya, artan pis borclar və vergi yükü artıq biznesi sarsıdan eləcə də vətəndaşların rifahını pisləşdirən təhlükəli bir kombinasiya yaradır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dagens xəbər verir.
...Rusiya Bankı bu il əsas faiz dərəcəsini kəskin şəkildə 21 faizə qaldırdıqdan sonra Rusiya şirkətləri getdikcə kreditləri ödəyə bilmirlər.
Noyabr ayına qədər faiz dərəcəsi 16,5 faizə endirildi, lakin zərər artıq dəyib: pis kreditlər 10,4 trilyon rubla çatıb - federal büdcənin təxminən dörddə biri...
Analitiklər xəbərdarlıq edirlər ki, inflyasiya 2025-ci ildə yenidən sürətlənə bilər və bu da faiz dərəcələrinin daha da artmasına və biznesə daha böyük təzyiqə səbəb ola bilər. Rusiya Bankı oktyabr ayında illik inflyasiyanı 7,7 faiz səviyyəsində qeydə alıb - sentyabr ayında 8 faizdən aşağı, lakin yenə də Qərb ölkələrindən iki dəfə yüksəkdir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin apardığı sorğu göstərir ki, rusların 23 faizi həyat səviyyələrinin pisləşdiyini, yalnız 8 faizi isə yaxşılaşma olduğunu bildirir.
Maraqlıdır ki, 24 faiz gələn ilin müsbət dəyişikliklər gətirəcəyinə inanır.
Müharibə şəraitində büdcəni doldurmaq üçün hakimiyyət orqanları vergi və rüsumları artırır.
Lakin bu tədbirlər yetərli olmaya bilər. 7 noyabrda Mərkəzi Bank mümkün tənəzzül barədə xəbərdarlıq etdi: ilin ikinci yarısında iqtisadi artım demək olar ki, dayanıb və iyul-sentyabr aylarında cəmi 0,6 faizə çatıb. Bu tendensiya davam edərsə, 2025-ci ilin sonuna qədər tənəzzül başlaya bilər.
Əli Babayev
Yeni proqram ehtiyatda olan əsgərlərin hazırlanmasını və ordunun gücləndirilməsini hədəfləyir...
Sülhməramlı missiyanın bir hissəsi olaraq...
ABŞ sanksiyaları səbəbindən...
Finlandiya Prezidenti Zelenski və Rutte ilə danışdıqdan sonra açıqlama verdi...
Sanksiyalar Kremli nefti demək olar ki, heç nəyə verməyə məcbur edir....
Sənəddən bir neçə əsas müddəa çıxarıldı.
Pekin Berlin ilə dialoqunda resurslara diqqət yetirir…