Hərbçilər Qvineya Bisauda hakimiyyəti ələ keçiriblər. Prezident Ömər Sissoko Embalonun, daxili işlər nazirinin, Silahlı Qüvvələrin Baş qərargah rəisinin saxlandığı bildirilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu, prezident seçkilərinin nəticələri elan olunandan bir gün qabaq baş verib.
Şahidlərin verdiyi ifadələrə görə, bu gün Mərkəzi Seçki Komitəsinin qarşısında atışma səsləri eşidilib. Atışmaların davam edib-etməməsi barədə hələ heç bir məlumat yoxdur.
Qeyd edilir ki, Afrikanın qərbində yerləşən adıçəkilən dövlətdə seçkilər ötən bazar günü keçirilib. Sabah ilkin nəticələrin elan edilməsi gözlənilirdi. Seçkilərdə hazırkı prezident Ömər Sissoko Embalo və Fernando Diyas əsas namizədlər olub. Səlahiyyət müddəti bitən prezident və rəqibi özlərini seçkilərdə qalib elan ediblər.
Qeyd edək ki, Seneqal və Qvineya ilə həmsərhəd olan kiçik sahil dövlətində 1974-cü ildə müstəqil olduğunu gündən 2020-ci ilədək azı 9 çevriliş hadisəsi baş verib.
Rusiyanın neft emalı zavodlarına mütəmadi olaraq Ukrayna dronları hücum edir...
Venesuela rəhbəri panika içində dövlət sektoru işçilərini yürüşə çıxarıb...
Analitiklər "Arrow-3"-ü xüsusi edən amilləri izah etdilər…
Reuters sövdələşmənin təfərrüatlarını açıqladı...
İstehsalçı Pentaqondan təsdiq gözləyir...
Prezident Lai Çinde rəqəmləri açıqladı...
Və Ukraynanın uzunmüddətli təhlükəsizliyinə və suverenliyinə zəmanət verməlidir