PDF Oxu

Dünya

  • 1 293

Kölndə bomba tapılması ilə əlaqədar 6 min sakin təxliyə edilib

image

Almaniyanın Köln şəhərinin Qremberqhoven rayonunda aparılan axtarış işləri zamanı İkinci Dünya müharibəsinə aid iki partlamamış bomba aşkar edilib.SIA yerli mediaya istinadla xəbər verir ki, ingilis istehsalı olan bombaların zərərsizləşdirilməsi üçün təxminən 6 min sakin müvəqqəti olaraq evlərindən təxliyə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində ətraf 500 metrlik sahədə xüsusi zona yaradılıb, önəmli dəmiryolu xətti müvəqqəti bağlanıb və qatarların hərəkətində dəyişikliklər tətbiq olunub.Əməliyyat uğurla başa çatdırılıb, partlamamış bombalar zərərsizləşdirilərək daşınıb. Sakinlər və nəqliyyat xidmətlərinin adi rejimdə fəaliyyəti bərpa edilib.

Digər xəbərlər