Vladimir Zelenskinin ofis rəhbəri Andrey Yermakın evində aparılan axtarışlardan sonra Polşa Ukraynadan izahat gözləyir. SİA xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və Milli Müdafiə naziri Vladislav Kosiniak-Kamış mətbuata verdiyi müsahibədə bildirib.
Ali Rada üzvü Yaroslav Jeleznyakın verdiyi məlumata görə, NABU və SAPO əməkdaşları məmurun evinə axtarış orderi ilə gəliblər. Oleksiy Qonçarenko Yermaka qarşı ittihamnamə hazırlandığını iddia edir.
Kosiniak-Kamış vurğulayıb ki, bu hadisələr təkcə Ukrayna üçün deyil, həm də Polşa və bütün Qərbi Avropa birliyi üçün mənfidir.
...Ümid edirik ki, bu məsələ ilə bağlı hərtərəfli izahatlar alacağıq, - deyə o bildirib.
Polşalı nazir hesab edir ki, ölkə daxilindəki mövcud vəziyyət onun Avropa Birliyinə inteqrasiyasına mane ola bilər. O qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə şəffaflığın və effektivliyin olmaması AB üzvlüyünə ciddi maneə olacaq.
Sanksiyalar və ixrac çatışmazlığı səbəbindən...
Saab raket istehsalçısı Pythom-a 10 milyon dollar investisiya qoyur...
“Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalardan sonra Urals markalı xam neftin endirimi 23 faizə yüksəlib
Daniel Frid ABŞ-ın sülh planı haqqında
İstintaq tədbirləri davam edir...
Macarıstanın Baş naziri "Avropa komandasında oynamır"...