PDF Oxu

Dünya

  • 3 980

Taqanroqda ölənlərin sayı artıb

image

Noyabrın 25-də Ukrayna Silahlı Qüvvələrinin (UAH) Taqanroq şəhərinə endirdiyi pilotsuz təyyarə hücumu zamanı yaralanan yaşlı rus qadın vəfat edib. SİA xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar bu barədə öz Telegram kanalında məlumat verib.

76 yaşlı qadın ağır yaralanıb və 25 noyabr səhəri Rostova aparılıb. Həkimlər onun vəziyyətini sabitləşdirmək üçün əllərindən gələni ediblər. Təəssüf ki, bədəni buna tab gətirə bilməyib, - deyə qubernator yazıb.

Slyusar əlavə edib ki, qadın 29 noyabr səhəri tezdən vəfat edib.

Qubernator təqaüdçünün ailəsinə başsağlığı verib və UAH hücumunda yaralananların hamısına kömək göstəriləcəyini bildirib.

O, şəxsən bu məsələyə nəzarət edir.

Şəhərə endirilən pilotsuz təyyarə hücumunun qurbanlarının ümumi sayı dördə çatıb.

Noyabrın 25-i gecəsi Ukrayna Silahlı Qüvvələri Rusiyanın cənub bölgələrinə 200-dən çox pilotsuz təyyarə göndərib. Əvvəlki məlumatlarda Taqanroqdakı hücumda üç nəfərin öldüyü, ən azı on nəfərin yaralandığı bildirilirdi.

Yaşayış binalarına ziyan dəyib.

Digər xəbərlər

WSJ: Kim daha güclüdür - Si, yoxsa Tramp?

ABŞ prezidenti tezliklə qətiyyət göstərmək şansına sahib olacaq...

“Putinin kreslosu uğrunda yarış başladı”...

Rusiya elitası yeni nəsil potensial varisləri müzakirə edir...

Putinə əsas siqnal...

Kreml hətta Moskvanı belə qorumağa qadir deyil...

Barbarlar...

Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...

Putin Avropada “çəngəl”ə düşdü

“Mühasib” Merts yenə də Kremlə hər cəhətdən xoş bir insan kimi görünəcək...

Kreml paranoyasının çarəsiz cəfəngiyyatı

“Dəhşətli və amansız” Putinə nə oldu?

Putin rusların kütləvi şəkildə ölkədən çıxması ilə təhdid olunur

Rusiya vətəndaşlarının ölkədən çıxışı avtomatik olaraq qadağan olunacaq...

The Guardian: İsraildə qarşıdan gələn seçkilər sonuncu ola bilər…

Netanyahu İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini tənqid edən bir filmə görə İsrail rejissorlarının vətəndaşlığının ləğvi çağırışlarına qoşulub...

Ehtiyatsız rus casusları kritik həddi keçiblər...

Putinin agentləri Vaşinqton yaxınlığında sui-qəsd planlaşdırıblarmı?