"Səs" qəzeti xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Oksford Universitetinin nəşriyyat şöbəsi yayıb.
“Reydjbeyt” sözü nə deməkdir
Mütəxəssislər “reydjbeyt”i diqqəti cəlb etmək və əhatə dairəsini artırmaq üçün qəsdən yaradılan təxribat xarakterli onlayn-kontent kimi müəyyən ediblər. Termin ingilis dilindəki “rage” (qəzəb) və bait (tələ, yem) sözlərindən yaranıb. Oksford dilçilərinin məlumatına görə, son 12 ayda bu sözün işlənmə tezliyi üç dəfə artıb.
Söz necə yaranıb
Termin ilk dəfə 2002-ci ildə Usenet platformasında dərc olunan bir yazıda ortaya çıxıb. Həmin vaxt bu söz yol vermək tələbi kimi qəbul edilən faraların yanıb-sönən işıqlarına sürücünün reaksiyasını bildirirdi.
Sonralar söz internet söyüşləri kimi trend kontentlər üçün istifadə olunmağa başlayıb.
Lüğətdə qeyd olunur ki, zamanla “reydjbeyt” jurnalistlərin gündəlik dilinə daxil olub. Termin geniş yayıldığı üçün “reydjfarminq” (rage-farming) anlayışı meydana gəlib. Bu söz istifadəçilərin reaksiyalarını təxribat xarakterli materiallarla manipulyasiya etmək cəhdlərini, qəzəb, qıcıqlanma və ya müzakirə olunan mövzuya əlavə maraq yaratmağı təsvir edir.
Xatırladaq ki, 2024-cü ildə Oksford lüğəti ilin sözü kimi “brain rot” (“beyin çürüməsi”) terminini elan etmişdi. Bu termin aşağı keyfiyyətli internet kontentin intellektual qabiliyyətlərə dağıdıcı təsirini əks etdirir.
Demək olar ki, hazır sosial reklam ideyası dərhal ağlıma gəldi...
Güclü biznes icmasının olmaması hökumət üçün rəqabəti azaldır…
O, Ukraynaya qarşı müharibə ilə həm özünü, həm də Rusiyanı güzəştə gedib...
Cəmi altı il əvvəl heç bir ölkə bir-birini tanımırdı…
...estetik səbəblərə görə? Təhlükəsizlik, yoxsa görünüş?
Bu vəziyyət Ukraynanın bütün cəbhə xətti boyunca müşahidə olunur...
Məqsəd Rusiyanın Arktika və Şimali Atlantikadakı fəaliyyətini məhdudlaşdırmaqdır...
Bu addım Moskvanın əsassız ittihamlarına cavabdır...
Kremlin Malidəki hərbi strategiyası çökür…
Bir neçə sistem birlikdə işləyir...