İndoneziyanın Sumatra adasında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində azı 950 nəfər həlak olub, daha 274 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasına görə, təbii fəlakət nəticəsində 5 minə yaxın insan xəsarət alıb.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 900 nəfəri keçdiyi bildirilirdi.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına əsasən, fəlakətə noyabrın sonundan etibarən bölgədə davam edən güclü yağışlar səbəb olub. Sellər yaşayış evlərinə, yollara və infrastruktur obyektlərinə ciddi ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışını çətinləşdirib.
Kreml ABŞ prezidentini məmnun etməyə və Rusiya elitasının dəstəyini qorumağa çalışır...
…Və ruslar onları Ukraynaya qarşı döyüşlərə göndərirlər…
Hibrid müharibəyə qarşı cavab müdafiədən kənara çıxmalıdır…
Qalan hər şey ya axmaqlıq, ya da demaqogiyadır...
Fransa qüvvələri keyfiyyətcə yeni səviyyəyə çatdı...
Amerikalı general Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələrini dəstəkləyib... Ukrayna Silahlı Qüvvələri düzgün hücum edir...