PDF Oxu

Dünya

  • 3 799

“The Times” ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin 4 variantını açıqlayıb

image

Britaniyanın “The Times” qəzeti ABŞ administrasiyasının Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün istifadə edə biləcəyi 4 variantı təsvir edib.

Birincisi, hərbi güc tətbiqini və adanın ələ keçirilməsini nəzərdə tutur.

İkinci variant iqtisadi təzyiqə əsaslanır– Vaşinqton Danimarkadan Qrenlandiyanı almağı və adanın iqtisadiyyatına böyük sərmayələr qoymağı təklif edə bilər.

Üçüncü ssenari, ABŞ-ın Mikroneziya, Marşal adaları və Palau ilə bağladığı müqavilələrə bənzər Azad Birlik Sazişinin bağlanmasını nəzərdə tutur. Bu cür razılaşmalara əsasən, Birləşmiş Ştatlar maliyyə dəstəyi təmin etmək müqabilində müdafiə məsələlərinə görə məsuliyyəti öz üzərinə götürür, daxili özünüidarə isə adada saxlanılır.

Dördüncü variant Qrenlandiyanı Danimarka ərazisi olaraq saxlamaq, lakin ABŞ-ın hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq, faydalı qazıntıların işlənməsi ilə bağlı sövdələşmələrə girmək və yerli hökumətdə amerikalı məsləhətçilərin yerləşdirilməsidir.

“Vzqlyad” qəzetinin yazdığına görə, ABŞ dövlət katibinin müavini Stiven Miller Danimarkanın Qrenlandiya üzərində nəzarətinin legitimliyini şübhə altına alıb. Avropa liderləri ABŞ-ı Qrenlandiyaya qarşı hədələrindən əl çəkməyə çağırıb.

Xatırladaq ki, İkinci Dünya Müharibəsindən sonra ABŞ Danimarkadan Qrenlandiyanı almağa cəhd edib, lakin ona yalnız aviabaza yaratmaq hüququ verilib.

Elçin

Digər xəbərlər

Almaniya ən böyük mülki limanını müharibəyə hazırlayır və...

...Litvaya tank briqadası yerləşdirir. Berlin bu məqsədlər üçün 1,35 milyard avro ayıracaq

Avropa və Amerika: Milyarderlərin sayının ən sürətlə artdığı yerlər...

Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...

CNN: Kreml Putinin təhlükəsizliyini gücləndirir...

...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...

Moskvanın mərkəzi “ölüb”..?

Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...

Moskvada ajiotaj: Rusiyanın paytaxtı parada hazırlaşır...

Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...

Belarus üçün dörd ssenari: Lukaşenko müharibəyə girəcəkmi?

Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...