PDF Oxu

Dünya

  • 2 216

Şahzadə Harri “Daily Mail”ə qarşı məhkəmədə ifadə verib

image

Sasseks hersoqu Şahzadə Harri "Daily Mail" və "Mail on Sunday" qəzetlərinin nəşriyyatçısı olan "Associated Newspapers Limited" (ANL) şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmədə ifadəsini yekunlaşdırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məhkəmənin üçüncü günündə çıxış edən Şahzadə Harri emosional anlar yaşayıb. O bildirib ki, bu prosesdə onun üçün ən ağır məqam ANL-in "həyat yoldaşının ömrünü tam mənası ilə cəhənnəmə çevirməsi"dir. Harri əlavə edib ki, məhkəmədə bu hadisələri yenidən xatırlamaq onun üçün təkrar-təkrar yaşanan travmatik bir təcrübədir.

Şahzadə ifadəsində "Mail on Sunday" qəzetinin bir müxbirinin onun harada olduğunu bilməsinin mümkün olmadığı məkanlara qəfil gəldiyini deyərək, bunu tam miqyaslı izləmə və daimi nəzarət kimi xarakterizə edib. O, həmçinin anası Şahzadə Diananın ölümündən sonra mətbuatla münasibətlərinin hər zaman gərgin olduğunu vurğulayıb və həyat yoldaşına qarşı mətbuatın davranışlarından ciddi narahatlıq keçirdikdən sonra hüquqi addım atmağa qərar verdiyini bildirib.

Harri deyib ki, o, heç vaxt şəxsi həyatının kommersiya məqsədilə "açıq ov mövsümü"nə çevrilməsinə inanmayıb və həyatının ictimai maraq obyekti olmadığını qətiyyətlə ifadə edib. Onun sözlərinə görə, yeniyetmə yaşlarından etibarən şəxsi həyatının bütün aspektlərinə müdaxilə edilib, telefon danışıqları dinlənilib, uçuş məlumatları əldə olunub və hərəkət marşrutları izlənilib: "Burada oturub bütün bunları yenidən yaşamaq və qarşı tərəfin müdafiə olaraq mənim məxfilik hüququmun olmadığını iddia etməsi iyrəncdir".

Qeyd edək ki, Şahzadə Harri də daxil olmaqla yeddi tanınmış şəxs ANL-i 20 il ərzində məlumatları qanunsuz yolla toplamaqda və ağır məxfilik pozuntularına yol verməkdə ittiham edir. İddiaçılar arasında musiqiçi Elton Con, onun həyat yoldaşı Devid Furniş, kampaniyaçı Baronessa Doreen Lourens, siyasətçi Saymon Hyuz, eləcə də aktrisalar Sedi Frost və Liz Hörli də var.

Digər xəbərlər

Almaniya ən böyük mülki limanını müharibəyə hazırlayır və...

...Litvaya tank briqadası yerləşdirir. Berlin bu məqsədlər üçün 1,35 milyard avro ayıracaq

Avropa və Amerika: Milyarderlərin sayının ən sürətlə artdığı yerlər...

Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...

CNN: Kreml Putinin təhlükəsizliyini gücləndirir...

...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...

Moskvanın mərkəzi “ölüb”..?

Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...

Moskvada ajiotaj: Rusiyanın paytaxtı parada hazırlaşır...

Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...

Belarus üçün dörd ssenari: Lukaşenko müharibəyə girəcəkmi?

Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...