PDF Oxu

Dünya

  • 2 468

Belarusda hindli dul qadın inək tövləsində saxlanılır...

O, aldatma yolu ilə ölkəyə gətirilib..?

image

...Hindistanın Navsari şəhərinin sakini Meena Coşi Belarusda çətin vəziyyətdədir və vətəninə qayıtmaq üçün kömək istəyir. SİA xəbər verir ki, bu barədə Hindistanın "Dainik Bhaskar" nəşri məlumat verib.

Deməli, Meena Coşi Hindistanda üç uşağı olan dul qadındır. Belə ki, o, Belarusda iş təklifinə cavab verib: ona ayda 70.000-80.000 rupi (təxminən 2500 Br) maaşla meyvə qablaşdırması kimi sadə bir iş vəd edilib ki, bu da Hindistandakı orta gəlirin ikiqatıdır.

İşəgötürən broker xidmətləri üçün 550.000 rupi (təxminən 17.500 Br) tələb edib.

Gəlmək və qeydiyyat xərclərini ödəmək üçün Coşi kredit götürməli oub. Lakin Belarusa gəldikdən sonra vəziyyət fərqli bir dönüş edib.

Coşinin sözlərinə görə, vəd edilmiş yaşayış yerləri əvəzinə, o, hələ də yaşadığı inək tövləsində yerləşdirilib. Coşi Minskdən 350-400 kilometr məsafədə olduğunu iddia edir və orada onunla gələn digərləri də oxşar vəziyyətdədirlər. O, gözlənilən işi və ya gəliri ala bilməyib.

Və yalnız bir həftəyə yaxın işləyə bilib. Hazırda nə ilə məşğul olduğu və tövlədə qalmasının səbəbləri dəqiqləşdirilməyib. Mina Coşi baş verənlərə görə işə qəbul agentini günahlandırır və artıq belə şəraitdə yaşaya bilməyəcəyini qeyd edir. ...Hindistana qayıtmaq üçün pulum yoxdur. Üç oğlum hələ də oradadır. Evə getmək istəyirəm, - deyə o bildirib.

Nazlı Almuradova

Digər xəbərlər

Almaniya ən böyük mülki limanını müharibəyə hazırlayır və...

...Litvaya tank briqadası yerləşdirir. Berlin bu məqsədlər üçün 1,35 milyard avro ayıracaq

Avropa və Amerika: Milyarderlərin sayının ən sürətlə artdığı yerlər...

Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...

CNN: Kreml Putinin təhlükəsizliyini gücləndirir...

...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...

Moskvanın mərkəzi “ölüb”..?

Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...

Moskvada ajiotaj: Rusiyanın paytaxtı parada hazırlaşır...

Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...

Belarus üçün dörd ssenari: Lukaşenko müharibəyə girəcəkmi?

Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...