PDF Oxu

Dünya

  • 2 139

BMT nümayəndəsi: 1,4 milyon suriyalı qaçqın ölkəsinə qayıdıb

image

İndiyədək 1,4 milyon suriyalı qaçqın ölkəsinə qayıdıb. Daha çox suriyalı ölkəsinə qayıtmaq istəyir. Ölkə daxilində köçkün düşən iki milyona yaxın sakin də öz yurduna dönüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu BMT Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı sözçüsü Selin Şmitt jurnalistlərə açıqlamasında deyib. "Vətəndaşların qaçqın düşməsinə gətirib çıxaran səbəblər artıq aradan qaldırılıb", - deyə o vurğulayıb.

Qeyd olunub ki, Komissarlıq qayıtmaq qərarına gələn qaçqınlara imkanları daxilində dəstək göstərir. Qurumun Suriyada 79 icma mərkəzi mövcuddur. Burada hər şeydən əvvəl mülki sənədlərlə bağlı məsləhətlər təqdim olunur, psixoloji dəstək göstərilir, eləcə də qayıdanlara sığınacaq verilir.

Hələbdəki vəziyyətə də toxunan sözçü qeyd edib ki, 100 minə yaxın köçkünün təxminən 80 faizi vilayətə qayıdıb. Suriyanın şimal şərqindən olan köçkünlərin bir hissəsi çadırlarda məskunlaşıblar. Komissarlıq onlara mümkün dəstəyi göstərir, çadırlarla təmin edir.

Digər xəbərlər

Almaniya ən böyük mülki limanını müharibəyə hazırlayır və...

...Litvaya tank briqadası yerləşdirir. Berlin bu məqsədlər üçün 1,35 milyard avro ayıracaq

Avropa və Amerika: Milyarderlərin sayının ən sürətlə artdığı yerlər...

Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...

CNN: Kreml Putinin təhlükəsizliyini gücləndirir...

...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...

Moskvanın mərkəzi “ölüb”..?

Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...

Moskvada ajiotaj: Rusiyanın paytaxtı parada hazırlaşır...

Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...

Belarus üçün dörd ssenari: Lukaşenko müharibəyə girəcəkmi?

Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...