PDF Oxu

Dünya

  • 2 346

Fransada tənha yaşayan yaşlı insanlar arasında ölüm halları artıb

image

Fransada 2025-ci il ərzində 30-dan çox yaşlı insanın evdə tək halda ölü tapıldığı açıqlanıb. Bu barədə "Les Petits Frères des Pauvres" xeyriyyə təşkilatının yayımladığı məlumatda bildirilir. Qeyd olunur ki, bəzi hallarda bu şəxslərin ölümü həftələr, aylar, hətta illər sonra aşkar edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Assosiasiya bu halları regional KİV-lərdə yer alan xəbər və hadisələr əsasında qeydə alıb.

Sözügedən faktlar ölkənin müxtəlif şəhərlərində baş verib və yaşlı insanlar arasında son dərəcə dərin sosial təcridi üzə çıxarıb. Bununla belə, təşkilat hesab edir ki, rəsmi və mərkəzləşdirilmiş statistikanın olmaması səbəbindən açıqlanan rəqəm real vəziyyəti tam əks etdirmir və xeyli dərəcədə az göstərilib.

Problemin miqyasını daha dəqiq qiymətləndirmək məqsədilə "Les Petits Frères des Pauvres" yaxın aylarda elmi komitə yaradacağını elan edib. Bu komitənin vəzifəsi "tənha ölüm" anlayışını dəqiqləşdirmək və ilin sonunadək tənha ölümlərə dair xüsusi müşahidə mərkəzinin – observatoriyanın yaradılmasına zəmin hazırlamaq olacaq.

Assosiasiyanın hesablamalarına görə, Fransada təxminən 750 min yaşlı insan sosial əlaqələrdən məhrum vəziyyətdə yaşayır. Onların arasında kişilər, 60–75 yaş aralığındakı şəxslər çoxluq təşkil edir.

Digər xəbərlər

Almaniya ən böyük mülki limanını müharibəyə hazırlayır və...

...Litvaya tank briqadası yerləşdirir. Berlin bu məqsədlər üçün 1,35 milyard avro ayıracaq

Avropa və Amerika: Milyarderlərin sayının ən sürətlə artdığı yerlər...

Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...

CNN: Kreml Putinin təhlükəsizliyini gücləndirir...

...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...

Moskvanın mərkəzi “ölüb”..?

Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...

Moskvada ajiotaj: Rusiyanın paytaxtı parada hazırlaşır...

Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...

Belarus üçün dörd ssenari: Lukaşenko müharibəyə girəcəkmi?

Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...