Litva Avropa İttifaqının "SAFE" (Security Action for Europe) hərbi proqramı çərçivəsində Avropa Komissiyasından müdafiə layihələrinin maliyyələşdirilməsi üçün 6,3 milyard avro məbləğində kredit alacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu jurnalistlərə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə üzvü Andryus Kubilyus bildirib.
"6,3 milyard avro məbləğində kreditin ayrılması təkcə Avropa sənayesi üçün deyil, həm də düşmənlərimiz üçün aşkar siqnaldır. Avropa öz gücünə və suverenliyinə ciddi yanaşır", – deyə o vurğulayıb.
Qeyd edək ki, bu vəsaitin böyük hissəsi Litva ordusunda motoatıcı diviziyanın yerləşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək. Tankların və tırtıllı piyadaların döyüş maşınlarının alınması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin əldə edilməsi üçün milyardlarla avroluq müqavilələr bağlanıb.
Litva "SAFE" proqramının vəsaiti hesabına Ukraynaya hərbi texnika və sursat yardımı göstərməyi də planlaşdırır.
Putin əsas internet xidmətlərinin rahat işləməsini təmin etmək üçün tədbirlər görməyi əmr etdi...
Gözlənilməz bir nəzəriyyə...
Ştilerman qələbə üçün reseptini bölüşdü...
Bir neçə müsbət tendensiya...
ABŞ, Çin və Rusiya arasındakı rəqabət qlobal gündəmi formalaşdıracaq...
May ayı ruslar üçün isti bir ay oldu...
ABŞ AB-ni Rusiyanı “şeytanlaşdırmaqda” günahlandırıb..?