Pakistanın cənubunda yerləşən Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində yanğın yerində təxminən 10 gün davam edən axtarış-xilasetmə əməliyyatı başa çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Geo" telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, faciə 73 nəfərin həyatına son qoyub.
Sind əyalətinin hökuməti yanğın qurbanlarının ailələrinə 10 milyon Pakistan rupisi (təxminən 35 min 700 dollar) məbləğində yardım etməyi qərara alıb.
Mütəxəssislər qrupu binanın salamat qalmış hissələrinin vəziyyətini qiymətləndirəcək. Yanğının dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə ekspertləri də hadisə yerinə gedəcəklər.
Xatırladaq ki, yanvarın 17-si axşamı Kəraçinin sıx məskunlaşmış ərazisindəki ticarət mərkəzinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını yalnız üçüncü gündə tam söndürmək mümkün olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...