Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 29-da Ankaraya rəsmi səfər edəcək.
SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Danışıqların mərkəzində Türkiyə və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi olacaq. Bununla yanaşı, siyasi dialoqun inkişafına, ticarət dövriyyəsinin artırılmasına, iqtisadiyyatın prioritet sahələrində əməkdaşlıq layihələrinin irəlilədilməsinə və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.
Eyni zamanda, fəal mədəni-humanitar mübadilənin davam etdirilməsi məsələləri nəzərdən keçiriləcək. Tərəflər beynəlxalq və regional gündəliyin aktual aspektləri barədə fikir mübadiləsi aparacaqlar.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...