Bundan sonra da çoxsaylı tankerlər yüklərini sata bilməyərək Hindistan sahillərində qalırlar…
...Rusiyanın enerji gəlirləri ötən il qlobal neft qiymətlərinin aşağı düşməsi və son aylarda Rusiya barellərinin endirimlə satılmasında kəskin artım səbəbindən təxminən 20 faiz azalıb. Argus Media məlumatlarına əsaslanan hesablamalara görə, noyabr ayında Urals xam neftinin qiyməti ilə 2021-ci ildən bəri ən aşağı səviyyədə ticarət edilən etalon Brent xam neftinin qiyməti arasındakı fərq, ABŞ-ın "Rosneft" və "Lukoil"-a sanksiyalar tətbiq etdiyi oktyabr ayı ilə müqayisədə təxminən iki dəfə artıb. Əvvəlki iki ildə orta endirim bir barel üçün 15 dollar idisə, indi 24 dolları keçib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Financial Times yazır.
Dekabr ayında Rusiya hökumətinin məlumatlarına görə, Urals xam nefti orta hesabla bir barel üçün 39,20 dollara satılıb. Lakin, son zamanlar Hindistana bəzi göndərişlər cəmi 22-25 dollara (nəqliyyat xərcləri xaric) gedir ki, bu da istehsal xərclərini çətinliklə ödəyir.
Bunu Rusiya enerji şirkətinin keçmiş yüksək vəzifəli rəhbəri Financial Times -ə bildirib.
...Əgər ABŞ sanksiyaları daha da sərtləşdirsələr, nefti satmağın yeganə yolu boru kəmərləri vasitəsilə olacaq, - deyə o əlavə edib.
2020-ci ildəki pandemiya istisna olmaqla, Rusiya 2003-cü ildə neftin barelini 22-25 dollara satırdı.
Hindistan Rusiyadan xam neft alışını getdikcə azaldır və idxalını şaxələndirir.
Bloomberg hesablamalarına görə, Hindistan limanlarına orta gündəlik tədarük dekabr ayında təxminən 1,2 milyon barelə (üç ildən çox müddətdə ən aşağı göstərici), ilkin məlumatlara görə isə yanvar ayının ilk 25 günündə 1,12 milyon barelə düşüb.
Hindistanın neft naziri Hardip Puri agentliyə bildirib ki, ötən ilki orta alış gündə 1,8 milyon barel olub.
21 yanvarda Avropa Birliyinin Rusiya xam neftindən hazırlanan neft məhsullarına qadağası qüvvəyə minib. Hindistan əvvəllər AB-yə bu cür yanacaqların əsas təchizatçısı idi. Puri Rusiyadan alışların daha da azalacağını proqnozlaşdırıb.
...Rusiya neftini daşıyan bir çox tanker Hindistan sahillərində toplaşıb və yerli limanlar onları qəbul etmədiyi üçün yüklərini sata bilməyib.
Bloomberg-in məlumatına görə, avqust ayında ABŞ Hindistanı Rusiya neftindən imtina etməyə məcbur etmək üçün ona qarşı tarifləri ikiqat artıraraq 50 faizə çatdırdıqdan bəri tankerlərdə saxlanılan neftin həcmi 60 milyon barel artıb.
...Və Qafqaz Universitetinin professoru Vaxtanq Partsvaniya Financial Times -ə bildirib ki, sanksiyalar, yavaş-yavaş olsa da, büdcə problemlərini toplayır, maliyyə sabitliyini qorumağı çətinləşdirir, uzunmüddətli artımı və iqtisadi dayanıqlığı sarsıdır və makroiqtisadi disbalans riskini artırır.
Əli Babayev
...Litvaya tank briqadası yerləşdirir. Berlin bu məqsədlər üçün 1,35 milyard avro ayıracaq
Səbəblər açıqlanıb...
Siyasi dairələrdə gərginlik hökm sürür...
Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...
...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...
Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...
Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...
Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...
Yeni tutucu qurğular yerləşdiriləcək...